Minsk qrupu ölməli deyil
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində ATƏT-in Minsk qrupu yaşamağa qabil vasitəçidir.”
Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern bildirib.
O deyib: “ATƏT-in Minsk qrupu ölməli deyil.”
C.Xeffern ABŞ səfirliyinin təşəbbüsü ilə İrəvanda sosial şəbəkə vasitəsilə keçirdiyi brifinqdə “əgər ATƏT-in Minsk qrupunda Qarabağ münaqişəsi tərəfləri üzərində hakimiyyəti yoxdursa, onda nəticəsiz bəyanatların nə mənası var” sorğusuna belə cavab verib: “Münaqişə tərəfləri problemin həlli istiqamətində, sülhə nail olmaq yolunda siyasi iradə göstərməlidirlər. Minsk qrupu sadəcə bu prosesə dəstək verə bilər.”
Brifinqə Avropa İttifaqının, Böyük Britaniyanın və Litvanın İrəvandakı diplomatları da qatılıblar. (anspress.com)