MİQ üzrə daha bir neçə fənn üzrə apellyasiya müraciətlərinə start verildi

media-hightechnic-468x90

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

Bu barədə Yenicag.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa