Miqrantlarla bağlı QƏRAR: Yarım milyon nəfər rəsmən ölkəyə qəbul edilir

media-hightechnic-468x90

İspaniyada sənədsiz yaşayan yarım milyon miqrant qanuni status qazanır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançes ölkədə qeyri-qanuni məskunlaşan təxminən 500 min miqrantın statusunu leqallaşdıracaq fərmanın bu gün təsdiqlənəcəyini açıqlayıb.

Baş nazir Pedro Sançes bildirib ki, Nazirlər Kabineti ölkədə nizamsız vəziyyətdə yaşayan insanlar üçün “müstəsna tənzimləmə prosesini” başladan Kral Fərmanını qəbul edəcək. Qərar qüvvəyə mindikdən sonra sənədsiz yaşayan 500 min şəxs rəsmi iş icazəsi və sosial təminat hüququ əldə edəcək.

Sançes sosial media hesabındakı paylaşımında bu addımı “gündəlik həyatın bir parçasına çevrilmiş insanların reallığını qəbul edən normallaşma prosesi” kimi qiymətləndirib.

Miqrasiya naziri Saizin verdiyi məlumata görə, müraciətlər 30 iyun 2026-cı il tarixinədək qəbul ediləcək. Yasal status almaq üçün aşağıdakı tələblər müəyyən olunub:

İspaniyada azı 5 ay müddətində faktiki yaşamış olmaq, 31 dekabr 2025-ci il tarixinədək beynəlxalq müdafiə üçün rəsmi müraciət etmiş olmaq, Adli sicil kaydı (məhkumluq) təmiz olmaq.

Qeyd olunur ki, sözügedən tənzimləmə müraciət edən şəxslərin İspaniyada yaşayan azyaşlı övladlarını da əhatə edəcək.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05