Mir Şahinin telekanalına lisenziya verildi

media-hightechnic-468x90

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Yenicag.az-a verilən məlumata görə, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Xatırladaq ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mir Şahin Ağayevdir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa