!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mircəlil Qasımlı Binəqədi rayonunda Kəlbəcərli olan seçicilərlə görüşdü - FOTOLAR

!Reklam – Yazi

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 20 avqust 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.

Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev görüş iştirakçılarını namizədin seçki platforması ilə tanış etdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz 90-cı illərin xaos şəraitindən çıxaraq sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndərimizin siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizi daha da gücləndirdi. Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmizin qüdrətini, yenilməzliyini bütün dünyaya bir daha sübut etdi. Bu gün Qarabağımızda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri hər birimizdə fərəh və qürur hissləri yaradır, bizdə daha parlaq gələcəyə inam formalaşdırır.

Sonra namizədin vəkilləri – Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekan müavini, dosent Osman Mirzəyev, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, kəlbəcərli ziyalı Qalib Əbdüləliyev və başqaları çıxış edərək seçkilərdə yaradılmış azad rəqabət mühitindən bəhs etdilər. Natiqlər 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputalığa namizəd Mircəlil Qasımlının idarəetmə potensialı, insanlarla işləmək bacarığı və şəxsi keyfiyyətləri, eyni zamanda bilik və bacarıqları barədə seçicilərə məlumat verdilər, onları düzgün seçim etməyə səslədilər.

Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti müdrik rəhbərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzaqgörənliklə davam etdirərək Azərbaycanı qalib, yenilməz dövlətə çevirdi. Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına, yenilməz sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, xalq-iqtidar birliyi nəticəsində Vətən müharibəsində tarixi Zəfər əldə etdik. Mən seçicilərimə inanaraq 123 saylı Kəlbəcər Seçki Dairəsindən öz namizədliyimi irəli sürmüşəm. Əziz seçicilərim, əminəm ki, seçkilərdə mənə etimad göstərəcəksiniz, azad Kəlbəcərimizin yenidən qurulmasında birlikdə iştirak edəcəyik.

Görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.

 

COP29

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv