MirHəsən Seyidov namizəd oldu
“İrəli” İB-nin sədri MirHəsən Seyidov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şura üzvlüyünə namizəd irəli sürülüb.
Qərar Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasında gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilib.
Xatırladaq ki, seçiləcək namizəd İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında gəncləri təmsil edəcək, eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə məşğul olacaq.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ümumilikdə 9 üzvü var.