Mirzoyan Bakının şərtlərindən danışdı

media-hightechnic-468x90

“Minsk Qrupu məsələsi mahiyyətcə həll olunub: siyasi qərar var və texniki məsələlər dekabra kimi həll olunacaq”. 

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında deyib.

Nazir Bakının sülh sazişi imzalaması üçün şərtlərlə bağlı verilən sualı belə cavablandırıb: “Konstitusiyaya gəlincə, qeyd etməyi zəruri hesab edirəm ki, əvvəllər olduğu kimi, belə bir məsələ gündəmdə deyil.

Konstitusiyaya dəyişiklik edilməsi və ya yenisinin qəbul edilməsi daxili siyasi məsələdir və bunu Ermənistan xalqı həll etməlidir.

Mən təəccüblənirəm ki, bu qədər təminatlardan sonra bu məsələ hələ də qaldırılır. Ermənistan heç vaxt belə öhdəlik götürməyib. Bu, daxili məsələdir”./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa