Ermənistanın rəsmi mənbələri ölkənin Bakıda keçiriləcək COP29 sammitində iştirak edib-etməməsi ilə bağlı susur.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyi bu barədə medianın sorğusuna belə cavab verib: “Ermənistan nümayəndə heyətlərinin xarici səfərləri ilə bağlı məlumatlar vaxtında ictimaiyyətə təqdim olunur. Ermənistan Respublikası dəfələrlə bəyan edib ki, Azərbaycanla sülh sazişini 1 ay ərzində yekunlaşdırmağa və imzalamağa hazırdır və Azərbaycanla danışıqlar prosesində həmin yanaşmanı rəhbər tutmağa davam edir”.
Erməni KİV XİN-in bu cavabına uyğun olaraq, nazirin Azərbaycana gələ biləcəyini istisna etməyib.
Xatırladaq ki, ötən həftə Ararat Mirzoyan noyabrda Bakıda keçiriləcək iqlim konfransına rəsmi dəvət alıb.
Bundan əvvəl hökumət bildirib ki, Ermənistan nümayəndə heyəti və Nikol Paşinyanın COP29 sammitində iştirakı məsələsinə onlar məzuniyyətdən qayıtdıqdan sonra keçiriləcək mətbuat konfransında toxunacaqlar./unikal
www.yenicag.az