!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirzoyan noyabrda Bakıya GƏLİR? – “Nikol Paşinyan da...”

!Reklam – Yazi

 

“Son dövrlərdə sülh danışıqları prosesində müəyyən irəliləyişlərin şahidi olduq. Ən azından, Kazanda keçirilən BRICS 2024 sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında protokol qaydalarına uyğun görüş keçirildi”.

Bu sözləri Yenicag.az-ın suallarını cavablayarkən politoloq Sahil Kərimli deyib.

Politoloq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 sammitində iştirak etmək istəməsi ilə bağlı erməni mətbuatında yayılan informasiyaları şərh edib.

Sözügedən görüşdəki ümumi ab-havanı analiz edən politoloq vurğulayıb ki, bu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində növbəti addım və ölkəmizin uğuru idi:

“Çünki Azərbaycan dövləti son dövrlərdə öz qətiyyətli mövqeyini ortaya qoymuşdu ki, danışıqlar heç bir vasitəçi olmadan, birə-bir və təkbətək keçirilməlidir. Bu baxımdan, son dövrlərdə bu istiqamət ciddi irəliləyişlərin olduğunu deyə bilərik”.

O, xatırladıb ki, bundan bir neçə ay öncə Nikol Paşinyan Avropada keçirilən görüşlərdə Prezident İlham Əliyevlə görüşdən imtina etmişdi. “Bu da Ermənistanın qeyri-konstruktiv mövqeyi kimi qiymətləndirilirdi, amma Kazan görüşlərində müəyyən irəliləyişlərin, hər iki ölkə rəhbərlərinin görüşməsinin və normal tempdə müzakirələr aparmasının şahidi olduq”, politoloq deyib.

Ekspert diqqətə çatdırıb ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın COP29 tədbirinə gəlməsi məsələsini də müsbət qiymətləndirmək lazımdır:

“Baxmayaraq ki, Nikol Paşinyan özü də Ermənistan lideri kimi COP29-a gələ bilərdi, çünki COP29 kimi çox böyük əhəmiyyətli tədbirdə dünyanın bir çox ölkələrinin liderlərinin iştirakı nəzərdə tutulur, lakin nəzərə almalıyıq ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi və dövlətlərarası münasibətlər yoxdur, bu baxımdan, Ermənistanın tədbirə öz nümayəndəsini göndərməsi müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər”.

Onun sözlərin görə, bütün bunlara baxmayaraq, bu gün Ermənistan ciddi şəkildə silahlanır:

“Hazırda bir çox xarici ölkələr Ermənistana silah-sursat tədarük edirlər. Hətta Ermənistan Hindistandan silah-sursat almaqla məşğuldur və növbəti dövlət büdcəsində hərbi xərclərini ciddi şəkildə artırmağı nəzərdə tutur. Bu da Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə ciddi zərbə vura bilər. Çünki Ermənistanın silahlanması bölgəmiz üçün ciddi təhlükə ola bilər”.

“Nəzərə almalıyıq ki, Ermənistan uzun illər öz dövlət siyasətini işğalçılıq siyasəti üzərində qurub, qonşulara qarşı ərazi iddiaları irəli sürüb və Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxlayıb. Bunları nəzərə almaqla deyə bilərik ki, Ermənistanın silahlanması ciddi təhlükələrə gətirib çıxara bilər. Bir tərəfdən, İrəvan guya öz xoş niyyətini ortaya qoymaq istəyir və COP29-da iştirak etməyə can atır, digər tərəfdən də kütləvi şəkildə silahlanır. Bu tendensiya, əlbəttə ki, ziddiyyətlidir və Ermənistan siyasi rəhbərliyinin mahiyyətini ortaya qoyur. Məsələyə bu aspektdən yanaşsaq, Ermənistanın bu mövqeyi onun daim qeyri-konstruktiv siyasət həyata keçirdiyinin növbəti göstəricisidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

86
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv