Misir Mərdanov xəstəxanaya yerləşdirildi

media-hightechnic-468x90

 

 

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

Yenicag.az Modern.az-a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib, hətta əməliyyat olunub.

M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah sabah işdə olacağam”.

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub. 1998-ci ildən 2013-cü ilin aprelinədək təhsil naziri vəzifəsində çalışıb.

M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktorudur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa