Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə sabiq nazirin özü məlumat verib.
O bildirib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:
“Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə sanatoriyada müalicə alıram”.
Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, Fizika-riyaziyyat elmləri doktoru, professor M.Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə isə Azərbaycan Respublikasının təhsil naziri vəzifələrində çalışıb.
www.yenicag.az