Misirdə Qarabağla bağlı kitab çıxdı

media-hightechnic-468x90

10367572_886230991411377_8293620977792000772_nAzərbaycan Respublikasının Misirdəki səfirliyinin dəstəyi ilə Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis misirli jurnalist və tədqiqatçı Əhməd Tarabekin “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabı işıq üzü görüb.

Sözügedən kitab ərəb və islam dünyasında Qarabağ mövzusunda ərəb dilində yazılmış azsaylı əsərlərdən biri olaraq, böyük əhəmiyyət daşıyır. Kitab 456 səhifədən və üç fəsildən ibarətdir.

Birinci fəsil Dağlıq Qarabağın coğrafiyası və tarixi, aid olduğu dili, dini və mədəniyyəti, təbii sərvətləri, iqtisadiyyatı, əsrlər boyu Dağlıq Qarabağın keçdiyi tarixi mərhələləri, o cümlədən ərəb-islam xilafəti dövründəki tarixini, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin keçən əsrin 80-ci illərində yaranmasının tarixini, Azərbaycan rəhbərləri, xüsusilə də ümummilli lider H.Əliyev və İ.Əliyev tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının aparılmasını əhatə etmişdir.İkinci fəsildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasının səbəbləri, Dağlıq Qarabağda gedən müharibə, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı vətəndaşlara qarşı törədilmiş qətliamlar, Xocalı soyqırımı, Qanlı Yanvar hadisələri, münaqişənin davam etməsinin bölgəyə mənfi təsirləri, münaqişə tərəflərinin həddindən artıq silahlanması, erməni terrorçuları tərəfindən Azərbaycan xalqına qarşı yönəlmiş terror aktları və zorakılıq, terror nəticəsində həlak olmuş azərbaycanlılar haqqında geniş məlumatlar verilib.

Bundan başqa, İsrail-Fələstin münaqişəsi ilə Ermənistan-Azərbaycan münaqişəsinin oxşar cəhətləri müqayisə edilərək, hər iki dövlətin-Fələstinin və Azərbaycanın işğala məruz qaldığı, həmin dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr, yəhudi və erməni lobbilərinin münaqişələrə təsirləri, torpaqlarının bir hissəsinin işğalına məruz qalmış Fələstin və Azərbaycanın çox sayda qurbanlar verdiyi və əhalisinin həmin torpaqlardan qaçqın və köçkün vəziyyətə düşdüyü, Fələstin üçün Qüdsün, Azərbaycan üçün isə Şuşanın xüsusi önəm daşıdığı barədə məlumatlar həmin fəsildə öz əksini tapıb.

Üçüncü fəsil isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqları və həlli yolları, Minsk qrupunun fəaliyyətindən, Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe səbəbilə sülh danışıqlarının indiyədək bir nəticə verməməsindən, qonşu ölkələrin-Türkiyənin və İranın səylərindən, münaqişədə maraqlı olan dövlətlərin tutduğu mövqedən, münaqişənin sülh yolu ilə yoxsa alternativ yollarla həll olması imkanlarından danışılır.

Kitab BMT TŞ, BMT Baş Assambleyası, İƏT və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələri və qərarları əhatə edib.

Yaxın vaxtlarda həmin kitabın təqdimatının keçirilməsi gözlənilir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600