Misirdən gizli ADDIM: Bu hərəkət danışıqları pozdu – Vaşinqtondan sərt REAKSİYA

media-hightechnic-468x90

Misir gizli şəkildə İsrail, ABŞ və Qətərə məlumat vermədən HƏMAS ilə razılaşmanın təsdiq edilmiş mətninə dəyişikliklər edib və bu, girovların azad edilməsi üçün danışıqların pozulmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Üç telekanal mənbəsi təsdiqləyib ki, HƏMAS-ın mayın əvvəlində imzalamağa razılığını açıqladığı atəşkəs razılaşması Qüds və Vaşinqtonla razılaşdırılmış mətndən əhəmiyyətli dərəcədə fərqlənir.

Eyni mənbələrə görə, dəyişiklikləri İsrail və HƏMAS arasında əlaqələri koordinasiya edən Misir kəşfiyyatı generalı Əhməd Abdel-Xaliq edib.

Məlumata görə, CIA rəhbəri Uilyam Börns dəyişikliklərdən xəbər tutanda çox qəzəblənib.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600