Misli Premyer Liqası: “İmişi” və “Zirə” qələbə qazandı

media-hightechnic-468x90

Misli Premyer Liqasında V tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk olaraq meydana “Karvan-Yevlax” və İmişli” komandaları çıxıb. Şamaxı şəhər stadionunda keçirilən görüşdə İmişli təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

Günün ikinci matçında isə “Zirə” “Şamaxı”nı sınağa çəkib. Qarşılaşma Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra “Zirə” 11 xalla turnir cədvəlinə başçılıq edir. “İmişli” 7 xalla 5-ci, “Şamaxı” 5 xalla 6-cı, “Karvan-Yevlax” isə 4 xalla 9-cu sırada qərarlaşıb.

Turun digər oyunları sentyabrın 20-21-də təşkil olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa