Misli Premyer Liqasında lider dəyişdi

media-hightechnic-468x90

Futbol üzrə Misli Premyer Liqasında XIV tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin autsayderi “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib.

Tovuz şəhər stadionunda reallaşan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 25-ci dəqiqədə Felipe Santos, 86-cı dəqiqədə Benni vurub.

Bu qələbədən sonra xallarını 33-ə çatdıran “Araz-Naxçıvan” “Qarabağ”ı qabaqlayaraq liderliyə yüksəlib. Gəncə klubu isə 7 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600