Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MMP sədri deputatı rüsvayi-cahan etdi

Reklam: High Technic

1449140216_1406807488_20140423_1389275941_0001Hafiz Hacıyev: “Rüfət Quliyev kimi deputatların gərək özləri, övladları, qohumları hərbidə iştirak etsin ki…”

2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirərək, əlil olmuş əsgər Sərxan Tahirzadənin iş üçün yanına gəldiyi deputat Rüfət Quliyevin bu zaman ona münasibətdə sərgilədiyi insana yaraşmayan davranış cəmiyyətdə narazılığa səbəb olub.

Bu barədə Yenicag.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev əsgərlərimizə, müharibədə əlil olanlara xüsusən də özlərini millət vəkili adlandıranlar tərəfindən ögey münasibət bəslənilməsinin yolverilməz olduğunu bildirdi: “Rüfət Quliyev kimi deputatların gərək özləri, övladları, qohumları hərbidə iştirak etsin ki, orduda qulluq edən insanların qədrini də bilsinlər. Onlar isə nə özləri, nə də qohumları hərbidə iştirak etməyiblər. Belədə R. Quliyev kimiləri ordumuza, Azərbaycan dövlətçiliyinə də dırnaqarası baxan adamlardır. Onlar tamamilə yad insanlardır. Bəlkə də bizdən olmayan adamlardır. Deputatların ordumuzun əlil olan əsgərinə belə münasibəti yolverilməzdir. Rüfət müəllim gərək o hala yol verməyəydi. Gərəkdir ki, o da Azərbaycan ordusunun hər bir əsgərinə özünün dostu, qardaşı kimi yanaşsın. Ona görə də insanları bölgələr, seçici dairələri üzrə seçməyək. Bu baxımdan da R. Quliyevin ordumuzun əlil olmuş vətəndaşına münasibəti tamamilə yanlışdır. Millətimi sevən bir insan olaraq onun üçün həmişə alışıb yanıram. İki əmim oğlu orduda xidmət edərək şəhid olub, ikisi də Milli Qəhrəmandır. Onlardan biri də Hacıyev Etibardır. Ona görə də biz bu hissləri başa düşür, itkinin nə olduğunu da bilirik. Həmin Sərxan Tahirzadənin imkanı varsa, gəlsin, özümüz kirədə qalsaq da, hər halda anamızın təqaüdündən tapıb ona kömək edə bilərik. Deputatları belə həssas məsələlərdə ciddi düşünməyə dəvət edirəm. Torpaqlarımızın 20 faizi düşmən əlindədir, bizə vuruşan ordu lazımdır. Şəhid olan, döyüşdə ayaqlarını itirən, canında qəlpə yarası gəzdirən insanlara bu cür münasibət bəslənilməsi yolverilməzdir. Yanıma gələn əksəriyyəti də qaçqın rayonlarından olan Qarabağ veteranları Qaçkınkomda ögey münasib bəslənildiyindən şikayət ediblər. Bu qurum onlara düşən mənzilləri vermək əvəzinə, pul istəyirlər. Ölkədə Qarabağ veteranları və əlillərinə belə münasibət göstərilsə, hərbiyə heç kim getməyəcək. Deputatlar Qarabağ qazilərinə, əlillərinə münasibəti tamamilə dəyişməli, onların hərtərəfli qayğısına qalmalıdırlar”.

ELÇİN

www.yenicag.az

514