Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Bakcell” şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər.
“Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!”, – deyə məlumatda qeyd edilib.
***
Bu gün axşam saatlarından Azərbaycanda mobil operatorların şəbəkələrində problem yaranıb.
“Bakcell” şirkətindən Yenicag.az-a verilən məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.
“Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb. Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”.
www.yenicag.az