Model həmkarlarının atasını polisə verdi – Onu zorladığına görə

Amerikalı model Miranda Vi (Miranda Vaskes) Cici və Bella Hadid bacılarının atası Məhəmməd Hadidi Los Anceles polisinə verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, modelliklə məşğul olan məşhur bacıların atasının onu zorladığını iddia edir.

Mirandanın sözlərinə görə, hadisə 2017-ci ilin mart ayında olub. Məhəmməd Hadid onun qaldığı evə gəlib və onlar şampan içiblər. Daha sonra isə Bella və Cicinin atası onu yatağa aparıb.

Məhəmməd Hadid Miranda Vinin ittihamlarını qəbul etməyib və 23 yaşlı modeli böhtan atmaqda günahlandırıb. Sözügedən şəxs də öz növbəsində modeli məhkəməyə verəcəyini açıqlayıb.