Moldova Rusiyadan qaz almaqdan imtina etdi

media-hightechnic-468x90

Moldova artıq “Qazprom”dan qaz almayacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Viktor Parlikov bildirib.

Energetika Nazirliyinin rəhbəri Rusiya yanacağından imtina etməsini Moldovanın qazı alternativ mənbələrdən alması ilə izah edib.

Moldovada enerji böhranı, qaz çatışmazlığı və enerji resurslarının kəskin bahalaşması ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət hökm sürür. 2022-ci ilin dekabr ayından Moldovaqaz qazı “Energocom və Qazprom” dövlət müəssisələrindən alır. Rusiyadan yanacaq Dnestryanıya göndərilir, Moldovanın qalan hissəsi isə yığılmış ehtiyatlardan qazdan istifadə edir./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05