Moldova seçkiləri Kreml üçün fiasko ilə BİTDİ – Qərb yenə QALİB GƏLDİ
“Moldovadakı seçkilərin bütün dünyada maraqlı tərəflərin diqqət mərkəzində idi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi ötən gün Moldova baş tutan parlament seçkiləri və Rusiyanın buna təsirini şərh edib.
Onun sözlərinə görə, Qərbyönlü və Rusiya yönlü qüvvələrin mübarizəsi yenə də Maya Sandu rəhbərliyində cəbhə tərəfindən qazanıldı:
“Moldova xalqı yenə də Qərbə inteqrasiyanı seçməklə demokratik cəmiyyət quruculuğu prosesində daha bir uğura imza atdı. Rusiyanın bu proseslərdə aktiv yer alması danılmazdır. Amma hadisələrin Rusiya tərəfindən təxribatla gərginləşdirəcəyi ehtimalı azdır. Hesab edirəm ki, Rusiyanın belə bir imkanı yoxdur. Çünki hadisələr gərginləşsə belə, Rusiyaya tabe olan güclərin arxasında axıra kimi dayanmaq Rusiyanın imkanları xaricindədir. Qərbin Moldovaya dəstəyi qarşısında Rusiyanın hansısa uğur qazanmaq ehtimalı yoxdur. Burada əsas olan Moldovan xalqının istəyidir. Hesab edirəm ki, bu, daim belə olacaq. Çünki Rusiyanın yanında olmaq irticanın, terrorun, diktaturanın yanında olmaq deməkdir”.
Rafi Müslümov