!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldovada Nizami Gəncəvinin barelyefi ucaldılır

!Reklam – Yazi

Moldovanın Kşinyov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi ucaldılacaq.

Yenicag.az-ın məlumatına görə, barelyefin quraşdırılması üçün Azərbaycanın Moldovadakı Səfirliyi ilə Kşinyov meriyası arasında razılaşma məsələləri artıq yekunlaşır.

Dahi şairin xatirə barelyefi mərmərdən hazırlanıb və yaxın zamanda səfirliyin binasının küçə hissəsindəki divardan quraşdırılacaq.

Xatırladaq ki, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Nizami Gəncəvi 1141-1209-cu illərdə Gəncə şəhərində yaşamışdır. Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir.

Qeyd edək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla bağlı, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv