Moldovada Rusiyanın 22 telekanalının internet səhifələrinə giriş bağlandı

media-hightechnic-468x90

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti Rusiyanın 22 telekanalının ölkədəki internet səhifələrinə girişi bağlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Moldovanın kəşfiyyat xidməti məlumat yayıb.

Bloklananlar arasında “Rossiya 1”, “Rossiya 24”, “Birinci Kanal”, NTV, TVC, “Zvezda”, RT və s. var.

Bu günlərdə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, Rusiya siyasi strateqləri ölkəni beynəlxalq aləmdə nüfuzdan salmağa və daxili siyasi ixtilafı qızışdırmağa yönəlmiş yeni dezinformasiya kampaniyası hazırlayıblar./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa