Moldovanın Baş naziri növbəti hökumətə rəhbərlikdən imtina etdi

media-hightechnic-468x90

Moldovanın hazırkı Baş naziri Dorin Recan Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) parlament seçkilərindən sonra formalaşdırdığı hökumətə rəhbərlik etməkdən imtina edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Dorin Recan və PAS-ın sədri İqor Qrosunun birgə mətbuat konfransında elan olunub. “Biz Reçanın Baş nazir postuna namizədliyini irəli sürməyi planlaşdırırdıq. Lakin o bizə bildirdi ki, onun hökumətdəki fəaliyyəti bu mərhələdə başa çatır”, – deyə Grosu bildirib.

Eyni zamanda məlum olub ki, Recan deputat mandatından da imtina edir və biznesə qayıtmaq niyyətindədir.

Qrosu qeyd edib ki, baş nazir vəzifəsinə namizəd prezidentlə məsləhətləşmələrdən sonra seçiləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa