Aralıq dənizi sahillərində yerləşən, Avropanın cırtdan dövlətlərindən biri olan Monako knyazlığı 2025-ci ilədək dənizin qurudulması hesabına öz ərazisini 6 hektar genişləndirməyi planlaşdırır.
Yeniçağ.Az-ın məlumatına görə, bunu Monakonun turizm və konqreslər üzrə idarəsinin prezidenti Giyom Roz mətbuat konfransında deyib.
layihəyə üç ay bundan əvvəl start verilib. Qurudulmuş ərazidə dəbdəbəli binalar tikiləcək, həmçinin Monte-Karlonun dəniz tərəfdən görünüşünü dəyişəcək bağ salınacaq.
Onun sözlərinə görə, yeni məhəllədə yaşayış evləri, ofislər, avtomobil dayanacağı, daxili liman, park və dəniz bulvarı yerləşəcək. Yeni ərazi knyazlığın əsas mədəni-sərgi kompleksi olan “Grimaldi Forum”un sahəsini genişləndirməyə də imkan yaradacaq.
Qeyd edək ki, tikinti işlərinin 2025-ci ilədək başa çatması planlaşdırılır.
Monakonun ərazisi iki kvadratkilometr (200 hektar). Əhalisi 37 min nəfər olan bu cırtdan dövlət 2016-cı ildə 890 mindən çox turist qəbul edib.
Yeniçağ.Az
www.yenicag.az