!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Monopolistlərin əlinə keçən TOPDANSATIŞ BAZARI: “Kəndlilər məhsullarını sərfəli qiymətə...”

!Reklam – Yazi

“Əsas istehsalçı qüvvə olan kəndlilər imtiyazlardan kənarda qalaraq, istehsal etdikləri məhsulları bazara çıxara bilmirlər”.

Bu fikirləri fermerlərin istehsal etdikləri məhsulların satışında üzləşdikləri problemlərin həll yollarından danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, hökumət bəhs edilən poblemin həlli üçün ilk növbədə bu sahədə hökm sürən monopoliyanı aradan qaldırmalıdır:

“Hökumətin əsas vəzifəsi daxili imkanlar hesabına ölkənin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatını ödəməkdən ibarətdir. Milli təhlükəsizliyimizin təminatı nə qədər prioritetdirsə, ərzaq təhlükəsizliyimizin təminatı da bir o qədər vacibdir. Hökumət isə göründüyü qədər, kənd təsərrüfatına yetərli səviyyədə diqqət göstərmir.

Müəyyən subsidiyalardan aqroparklar və iri fermer təsərrüfatları sayəsində daha çox oliqarx məmurlar faydalanır. Əsas istehsalçı qüvvə olan kəndlilər isə bu imtiyazlardan kənarda qalır, istehsal etdikləri məhsulları bazara çıxara bilmirlər. Çünki bazarda monopoliya hökm sürür.

Ölkədə kənd təsərrüfatı məhsulları üçün sadəcə, bir topdansatış bazarı mövcuddur. Azərbaycan o qədər kiçik ölkə deyil ki, yalnız bir topdansatış bazarı əhaliyə kifayət etsin. Reallıqda, ən azı 4-5 topdansatış bazarına ehtiyac duyulur. Bu hal kəndlilərə məhsullarını sərfəli qiymətə satmağa imkan vermir. Monopolistlər tərəfindən ələ keçirilən topdansatış bazarına xaricdən iri həcmdə məhsullar gətirilir. Bu səbəbdən, daxili bazar demək olar ki, onların əlindədir.

Digər tərəfdən, iri marketlər şəbəkəsini də monopolistlər idarə edirlər. Beləliklə, nəticə olaraq həm topdan, həm də pərakəndə satış onların əlində cəmləşir. Ona görə də hökumət ilk növbədə bu monopoliyanı aradan qaldırmalıdır. Bu, kəndlilərə məhsullarını sərbəst şəkildə bazara çıxarmağa imkan yaradar. Bütün bu amillər ümumilikdə ölkədə kənd təsərrüfatının inkişafına təkan verə bilər”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv