!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Monqolustan prezidenti aclıq aksiyasına hazırlaşır

!Reklam – Yazi

“Böyük Xalq Xuralı (parlament) özünü buraxdığını elan etməsə, aclığa başlayacaq, yaxud da fərdi qaydada piketə çıxacağam”.

Yenicag.az xəbər verir ki, bunu C1 dövlət telekanalının canlı efirində Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa bildirib.

Dövlət başçısı Xural və hökumət tərəfindən onun tənqidlərinə laqeyd münasibət bəslənilməsi, parlamentin özünü buraxmaq məsələsini müzakirə etmək təklifinə fikir verməməsi müqabilində hansı addımları atacağı barədə suala “Aclığa başlamaq. Görün nə günə qalmışıq” deyə cavab verib.

Xatırladaq ki, X.Battulqa müxalifətdəki Demokrat Partiyasını təmsil etdiyi halda, Böyük Xalq Xuralında üstünlük ta 1920-ci illərdən Monqolustan Xalq İnqilabçı Partiyası adı ilə hakimiyyətdə olan, 80-ci illərin demokratikləşmə dövründə isə Monqolustan Xalq Partiyasına çevrilən keçmiş kommunistlərə məxsusdur.

COP29

www.yenicag.az

9717
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv