!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Moody's"in Azərbaycanda problemli kreditlərlə bağlı PROQNOZU

!Reklam – Yazi

“2019-cu ilin sonuna problemli kreditlərin payının Azərbaycan bank sektorunun kredit portfelində 10%-dək azalması gözlənilir”.

Yenicag.az xəbər verir ki, bunu “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycan üzrə illik konfransında təşkilatın vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

“Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı fərmanadək, hansı ki, bizim üçün gözlənilməz oldu, biz problemli kreditlərin payının 2019-cu ilin sonuna 12% -ə qədər azalacağını proqnozlaşdırırdıq. İndi biz bu rəqəmin aşağı səviyyədə olacağını düşünürük, təxminən, 10% səviyyəsində”, – P. Paklin əlavə edib.

Dövlət başçısının bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu fərman 900 minə yaxın vətəndaşı əhatə edəcək.

Son 1 ildə sektorun kredit portfeli 17,05% böyüyüb və bu il aprelin 1-nə 11 231,2 milyon manata çatdırılıb. Kreditlərin aktivlərdəki payı isə 34,4%-dən 37,6%-ə yüksəlib./Report/

COP29

www.yenicag.az

2931
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv