!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva-İrəvan reysi ilə uçan təyyarədə BOMBA HƏYƏCANI – “Terrorçu” SAXLANILDI

!Reklam – Yazi

Moskva-İrəvan reysi ilə uçan təyyarədə bomba olduğunu bildirən sərnişin saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu gün Moskva-İrəvan reysi ilə uçan 56 yaşlı rusiyalı sərnişin Yanina Voloşina təyyarədə yanlışlıqla bomba olduğunu bildirib.

Voloşina Kiprdə yaşayır. İldə bir-iki dəfə evinə gəlir və valideynlərinə baş çəkir. Bu dəfə isə Kiprə Ermənistan üzərindən qayıtmağa qərar verib.

O, təyyarədə stüardla əlaqə saxlayıb ki, mobil telefonu donub və onu söndürə bilmir.

Onlar telefonu “canlandırmağa” çalışarkən Yanina zarafat etmək qərarına gəlib.

“Bəlkə telefonun içində bomba var?”, – Voloşina deyib.

Uçuş bələdçisi bunu zarafat kimi dəyərləndirməyib. Bundan əlavə, stüard sərnişinin özünü qəribə apardığını və həddən artıq həyəcanlı olduğunu düşünüb.

Reys gecikdirilib və polis çağırılıb.

Yaninanın baqajında və ya cihazında təhlükəli heç nə tapılmayıb. O, peşman olduğunu və axmaq zarafat etdiyini bildirib.

Daha sonra qadın sərbəst buraxılsa da, iş müstəntiqə verilib.

Xuraman Etibarlı

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv