“ABŞ vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında atəşkəs imzalana bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiyanın danışıqlar masasına oturdulması üçün Avropa İttifaqı (Aİ) ölkələrinin yenidən qaz tədarükünə başlaması istiqamətində atacağı addımların mümkün nəticələrindən danışan politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Aİ ölkələri faktiki olaraq Rusiya qazından asılı vəziyyətdə olduqlarını başa düşürlər:
“Rusiya enerji məhsullarına qoyulan sanksiyaların Rusiya ilə Avropa İttifaqı arasındakı enerji məhsulları mübadiləsi və alqı-satqı prosesini tam dayandıran anlaşma olmadığını yaxşı bilirik. İndiki dövrdə, ola bilsin ki, danışıqlar mərhələsini yenidən bərpa etmək üçün Avropa İttifaqı Rusiyaya yeni şərtlər təqdim etsin”, – deyə o bildirib.
Tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az