Moskvada Aİ diplomatının pulla dolu çantası oğurlandı

media-hightechnic-468x90

Avropa İttifaqının  Moskvadakı Nümayəndəliyinin birinci katibi Kaisa Mariya Standişin içərisində 435 min rubl olan çantası oğurlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat dərc edib.

Nəşrin məlumatına görə, oğurluq banklardan birinin yaxınlığındakı Presnenskaya sahilində baş verib. Diplomat skamyada əyləşərək yanına 10 min rubl (188 azn) dəyərində “Furla” markasından olan çantasını, içərisində 435 min rubl ( 8 216 azn)  və 24 min rubl ( 453 azn) dəyərində qulaqcıqları qoyub. Bu zaman naməlum şəxs onun çantasını oğurlayıb.

Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini müəyyənləşdirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600