Moskvada bu əsrin ən soyuq gecəsi olub

media-hightechnic-468x90

soyugRusiyanın paytaxtı Moskvada dünənki gecə bu əsrdə ən soyuq olub.

“Report” xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzindən paytaxtda havanın tempraturunun -29,8 dərəcəyə qədər aşağı düşdüyünü bildiriblər.

Bu qışın əvvəlki rekordu 1 gün əvvəl qeydə alınıb: Moskvada havanın tempraturu -27,2 dərəcəyə düşüb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi daha əvvəldən həftə sonu Moskvada havanın temperaturunun -35 dərəcəyə qədər azalacağı ilə bağlı xəbərdarlıq edib və şəhər sakinlərini ehtiyac olmadan evlərini tərk etməməyə, sürücüləri isə xüsusi diqqətli olmağa çağırıb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600