Rusiya prezidenti Vladimir Putinin rus dili ilə bağlı keçirdiyi iclasda gərgin anlar yaşanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin iclas zamanı təhsil naziri Mixail Katyukova təhsildə ortaya çıxan müəyyən problemləri izah etməsini istəyib. Təhsil naziri ona ünvanlanan suala cavab versə də, Putin “bu, mənim sualımın cavabı deyil, sənin ümumiyyətlə bu barədə heç fikrin yoxdur” deyərək onu danlamağa başlayıb. İclasın sonunda isə Rusiya prezidenti əsəbi şəkildə təhsil nazirinə yaxınlaşaraq onunla emosional şəkildə söhbət etməyə başlayıb.
www.yenicag.az