Moskvadakı gənclərdən Bakı-2015-ə dəstək turniri keçirildi
Moskvada azərbaycanlı gənclərin təşəbbüsü ilə Bakıda keçiləcək I Avropa oyunlarına dəstək məqsədi ilə çimərlik voleybol turniri keçirilib.
ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyevin verdiyi məlumata görə, turnir paytaxtın Mərkəzi Mədəniyyət Parkında baş tutub.
Turnir Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu, Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyi və Gənclər Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Kubok uğrunda 9 komanda mübarizə aparıb . Kubokun sahibi Dövlət İdarə etmə Universitetinin komandası olub . 2 yeri Qarabağ tutub. 3 yeri iki komanda Moskva Dövlət Universiteti və RVAK bölüşüb.
“ODLAR YURDU”(Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası), “VƏTƏN”, “A
ZERROS”, “BİRLİK” və “PƏLƏNGLƏR” komandaları da diplomla təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Mədəniyyətinin İnkişafi və İntibahı Fondunun, Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının və Gənclər Komitəsinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçiriblər . Tədbir təşkilatçılarının sözlərinə görə, bu gün keçirilən çimərlik voleybolu yarışı da Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015”-ə həsr olunan təbliğat kampaniyasının davamıdır və “Bakı-2015”-ə dəstək layihəsi çərçivəsində baş tutub.