!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvadan idarə olunan “AKSİYA”: “Separatçıların növbəti dəfə “etiraz”a qalxması...”

!Reklam – Yazi

“Rusiya Cənubi Qafqazda tam etimadsız vəziyyətə düşdüyünü anlasa da, belə primitiv vasitələrə əl atmaqdan qalmır”.

Bu fikirləri Qarabağdakı erməni separatçılarının müxtəlif əsassız tələblərlə Xankəndidə “etiraz aksiyası”nın pərdəarxasına toxunan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu “aksiya” Azərbaycan və Ermənistan liderlərinin növbəti Brüssel görüşü ərəfəsində Moskvanın əl atdığı təxribatdır:

“Qətiyyən şübhə yoxdur ki, hazırda Qarabağda yaşayan ermənilər bu və ya başqa tələblərlə belə bir aksiya keçirmək hayında deyil. Çünki Ermənistanın nizamlama prosesini süni şəkildə uzatması Qarabağdakı erməniləri də qeyri-müəyyən vəziyyətə salıb və onlar sabahlarının necə olacağının dərdindədirlər. Ona görə də onların belə bir “aksiya” keçirməsi, özləri də absurdluğunu bilə-bilə Azərbaycanın qarşısında bəzi “tələb”lər irəli sürməsi inandırıcı deyil.

Açıq görünür ki, ötən dəfə olduğu kimi, indi də erməniləri “təşkilatlandırıb” Xankəndi küçələrinə çıxaran qüvvə var. Həmin qüvvənin məhz Rusiya olduğu hər kəsə aydındır.

Nizamlama prosesində təşəbbüsü əldən vermək təşvişi Moskvanı növbəti Brüssel görüşü ərəfəsində erməniləri belə bir “aksiya”ya çıxarmağa sövq edib. Rusiya bununla nizamlama prosesində aktivliyi artırmağa çalışan Qərbi guya Qarabağ ermənilərinin “fərqli istəyi” ilə üz-üzə qoymağı düşünür. Ancaq Moskvanın əvvəlkilər kimi, bu gedişinin effektli olmayacağını söyləmək mümkündür.

Rusiya Cənubi Qafqazda tam etimadsız vəziyyətə düşdüyünü anlasa da, belə primitiv vasitələrə əl atmaqdan qalmır. Lakin bu addımlar nə Rusiyaya münasibəti dəyişdirəcək, nə də onun bu prosesdə dominatlığını təmin edəcək”.

A.Zeynalov

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv