MOSSAD agent axtarır

media-hightechnic-468x90

39807İsrailin xarici kəşfiyyat orqanı MOSSAD yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi addım atıb.

Məşhur və dünyanın ən güclü xüsusi xidmət orqanı sayılan MOSSAD potensial agentləri yeni qurulan sayt vasitəsi ilə əməkdaşlığa cəlb etmək istəyir.

6 dildə (ərəb, fars, ivrit, ingilis, fransız və polyak) fəaliyyət göstərən saytda MOSSAD-a çalışmaq istəyənlər müraciət formalarını doldurmalı və özləri barədə qısa məlumatlar yerləşdirməlidir.

İsrail höküməti MOSSAD-ın belə bir sayt yaratdığını təsdiqləyib:

“Bu saytın məqsədi MOSSAD-a çalışmaq istəyən potensial peşəkarlar üçün kommunikasiyanı asanlaşdırmaqdır. Qadınlar və kişilər üçün də uyğun işlər var”.

İsrailin daim təhlükə altında olduğunu iddia edən MOSSAD rəhbəri Tamir Pardo bildirib ki, təşkilat İsrailin təhlükəsizliyi üçün mühüm rol oynayır: “Bu vəzifəni yerinə yetirmək və İsrailin dövlət kimi varlığını davam etdirməsi üçün ən yaxşı peşəkarları cəlb etməliyik. MOSSAD müvəffəqiyyətinin sirri güclü peşəkarlar yetişdirməkdir”.

Qeyd edək ki, MOSSAD 1947-ci ilin 18 sentyabrında yaradılıb. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600