Mourinyo “Fənərbağça”dan ayrılacaq?

media-hightechnic-468x90

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubu tərk edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

62 yaşlı mütəxəssislə Braziliya millisi maraqlanır. Daha əvvəl yığmanın baş məşqçi vəzifəsi üçün Karlo Ançelotti və Xosep Qvardiolanın da namizəd olduğuna dair xəbərlər yazılmışdı.

Mourinyo 2024-cü ilin yayından “Fənərbağça”nı çalışdırır. Portuqaliyalının əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub.

Mourinyo əvvəllər “Benfika”, “Portu”, “Çelsi”, “Real”, “İnter”, “Tottenhem” və “Mançester Yunayted”ə də baş məşqçilik edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600