MTN-dən 70 faizədək endirimlər – Şok cədvəl

Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə “qoparmağa” çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir.

“Qafqazinfo” bu mövzuda qısa araşdırma apararaq “MTN endirimləri”nin siyahısını hazırlayıb.

Zərərçəkən şəxslərin ifadələrindən görünür ki, əksər şəxslərdən ilk olaraq 100 min – 1 milyon arası məbləğ tələb edilib, sonra isə güzəştlər başlayıb. Bir neçə şəxs isə ilk tələb olunan pulu tam ödəyib. Bunlardan biri də “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdur. T.Əhmədov ondan tələb olunan 3 milyon manatı necə deyərlər, qəpiyinə kimi ödəyib.

Bu məsələdə bir nəfərin şansı gətirib, 2 nəfərin isə köməyinə başqa bir məmur çatıb. Şansı gətirən şəxs sahibkar deyil, sıravi vətəndaş Səbuhi Məcidovdur. Bu şəxs maddi çətinlikləri olduğu üçün bağ evini satıb və 64 min manat beh alıb. Pulu aldığı obyektdən çıxan kimi MTN-çilər onu saxlayıb və nazirliyə aparıb, üstündəki pul də mənimsənilib. Ondan buraxılması üçün 300 min manat tələb olunub. Lakin qəti olaraq bu pulu verə bilməyəcəyini dedikdə o, 1 həftə nazirlikdə saxlanılıb. Sonda isə “sənin telefon danışıqlarına qulaq asmışıq, düz deyirsən, həqiqətən də pulun yoxdur”,- deyərək sərbəst buraxıblar.

Digər dövlət qurumlarında yüksək vəzifədə işləyən qohumları olduqları üçün canlarını qurtaran şəxslər isə sahibkarlar Ərəstun Nəsibov və Sabir Fərzəliyevdir. Ə.Nəsibovun buraxılmasını onun biznes ortağı Arif Vəliyevin dostu Vergilər Nazirliyinin İbtidai İstintaq Departamentinin sabiq rəisi, general Vidadi Məmmədov qudası, MTN generalı Sübahir Qurbanovdan xahiş edib. Ə.Nəsibov buraxılsa da, MTN-çilərin xahişi ilə onlar üçün “ətir səbəti” hədiyyə edib.

S.Fərzəliyev nazirliyə aparıldıqdan sonra ona “Sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəmizə gətirirsən”,- deyilib və buraxılması üçün 200 min manat tələb olunub. Təsadüfən, DGK-nın qaçalmalçılığa qarşı mübarizə idarəsinin şöbə rəisi Malik adlı şəxs onun tanışı olub. Bu barədə ona məlumat verib, DGK vəzifəlisinin xahişi ilə o, sərbəst buraxılıb. Bir müddət sonra isə MTN zabiti Natiq Alıyevin xahişi ilə onun evinin taxtalarını almaq üçün 7 min manat ödəyib.

Yenicag.az MTN-də saxlanılan 31 nəfərdən tələb olunan və endirim edilərək alınan pulların məbləğlərinin siyahısını təqdim edir:

Saxlanılan şəxs Tələb olunan məbləğ Endirimlə  ödənilmiş məbləğ
1 “Riyad Prodakşn” MMC-nin sahibi Şahmar Qurbanov

1 milyon

500 min

2 “MTK Real”ın sahibi İlham Qasımov

500 min

250 min

3 “Azərtikinti-ATF” MMC sədri Azər Quliyev

1,2 milyon

190 min

4 “Moda” dükanının sahibi Əbil Vəzirov

200 min

80 min

5 “Badi-Kubə”, “Yeni Yasamal” MTK-ların sahibi Nəsib Əliyev

100 min

80 min

6 “Karvansaray-2010” MMC-nin təsisçiləri Nadir Quliyev və Nizami Quliyev

1 milyon

100 min

7 Zərgər Elçin Hacıyev

150 min

80 min

8 “Met-ak” MMC sahibi Alik Kərimov

50 min

10 min

9 “Nart” Ticarət Mərkəzində sahibkar Aydın Musayev

500 min

300 min

10 Zərgər Mübariz Paşayev

1 milyon

225 min

11 Zərgər Elman Kərimov

150 min

100 min

12 Zərgər Rauf Həsənov

600 min

300 min

13 Zərgər Rəşad Mehrəliyev

100 min

65 min

14 Sahibkar Ehtibar Rzayev

100 min

50 min

15 Zərgər Azad Əzimov

200 min

50 min

16 Zərgər İlqar Əliyev

500 min

150 min

17 “Qardaşlar mebel” MMC-nin  rəhbəri Əli Mirzəyev

2 milyon

500 min

18 Daşkəsən rayon icra başçısı Əhəd Abıyev

1 milyon

686 min

19 Sahibkar Nizami Quliyev

200 min

50 min

20 Vətəndaş Əşrəf Kabulov

50 min

30 min

21 Vətəndaş Səbuhi Məcidov

300 min

0

22 Sahibkar Ələddin İbadov

150 min

50 min

23 “VİB” MMC rəhbəri Zabil Salmanov

3 milyon

437 min

24 Sahibkar Ərəstun Nəsibov

1 milyon

4 min

25 “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev

500 min

250 min

26 Sahibkar Saleh Səmədov

1 milyon

300 min

27 Sahibkar Sabir Fərzəliyev

200 min

7 min

28 “Arazplast” MMC-nin müdiri Elman Muradov

1 milyon

80 min

29 Valyuta dəyişmə məntəqəsi sahibi Elşən Həsənov

500 min

200 min

30 “Elnur-2” MMC sahibi Xudayar Rəhimov

1 milyon

200 min

31 Zərgər Cahangir Aslan