Prezidentin bu gün təltif etdiyi tanınmış şəxs öldü - FOTO

media-hightechnic-468x90

Əfsanəvi “Karvan” qrupunun yaradıcısı, ölkənin ilk qadın klip rejissoru və tanınmış prodüser Sevinc Kərimova vəfat edib.

Yenicag.az xəbər verir ki, uzun müddət ABŞ-də yaşayan və bu yaxınlarda Bakıya qayıdan sənətçi 70 yaşında dünyasını dəyişib.

Onun son aylarda ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Sevinc Kərimova bu gün Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Sevinc Kərim qızı Kərimova “Tərəqqi” medalı ilə təltif edilmişdi.

Onu da bildirək ki, mərhumla vida mərasimi yanvarın 8-də, saat 11:00-da Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 8 ünvanında keçiriləcək./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa