Dövlət başçısının digər sərəncamı ilə İqor Leonidoviç Kərimova Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilib.
Prezidentdən MTN əməkdaşlarına rütbə və təltif-SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilsin:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Vəli Məmiş oğlu Ələsgərova
general-mayor Elçin Ərsalan oğlu Əliyevə
general-mayor Fərhad Hüseyn oğlu Vahabova
general-mayor ali hərbi rütbəsi
polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə ”
***
Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Nazirliyin aşağıdakı əməkdaşları Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə təltif ediliblər:
III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Çovdarov Akif Teymurxan oğlu – general-mayor
Mahmudzadə Elşad Bilal oğlu – polkovnik
“Vətən uğrunda” medalı ilə
Ağakişiyev Vahid Balazayir oğlu – polkovnik-leytenant
Əliyev Rüfət Yaşar oğlu – tibb xidməti polkovniki
Fərəcov Beytulla Niyazi oğlu – baş leytenant
İbayev Zabil Nəsir oğlu – mayor
Məmmədov Yasin Seyfulla oğlu – ədliyyə mayoru
Sadıqov Mahir İbrahim oğlu – polkovnik
Sultanov Şahin Sultan oğlu – general-mayor
“İgidliyə görə” medalı ilə
Əsədov Amal Məhəmmədəli oğlu – kiçik çavuş
Mahmudov Ceyhun Ələkbər oğlu – baş leytenant
Mövsümov Azər Adil oğlu – kapitan
“Hərbi xidmətlərə görə” medalı ilə
Abbasov Mövlud Həsənqulu oğlu – mayor
Ağaverdiyev Pərviz Yaqub oğlu – kapitan
Cabbarov Turac Vaqif oğlu – kapitan
İbrahimov Mürsəl Qorxmaz oğlu – polkovnik
Quliyev Bəhruz Yusif oğlu – kapitan
Rzayev Tural Məmməd oğlu – kapitan
Seyidov Cavid Mircəfər oğlu – polkovnik-leytenant.