MTRŞ-dan aparıcıların reklama çəkilməsinə reaksiya

media-hightechnic-468x90

84935MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov hüquqşünas Ələsgər Məmmədlinin aparıcıların reklamlarda çəkilməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
Təvəkkül Dadaşov “facebook”da məsələyə aydınlıq gətirib:

“Hüquqşunas Ələsgər Məmmədliyə istinadən kulis.az -yazır ki, “Teleradio yayımı haqqında” qanuna görə, xəbər aparıcıları reklama çəkilə bilməz.

Əslində bu, “Teleradio yayımı haqqında” qanunda yox, “İctimai televiziya və radio yayımı haqqında” qanundadır (14.3-cü maddə). Yəni, yalnız İctimai radio və TV-nin efirində xəbər aparıcılarının iştirakı ilə reklam çarxları yayımlana bilməz. Digər teleradio kanallarının efirində belə reklamın yayımlanmasını qanun qadağan etmir”.(qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600