Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edib

media-hightechnic-468x90

14194975424375023979_750x500Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 25-də Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə, Şəmkir, Daşkəsən, Göygöl, Samux, Goranboy sakinlərini qəbul edib.
Qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların qeydiyyatı, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və sair məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. 25 nəfərədək vətəndaşı qəbul edən Komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.
Qəbul zamanı vətəndaşlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin son vaxtlar həyata keçirdiyi tədbirlərdən razılıqlarını ifadə ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600