!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müdafiə naziri, gedin və özünüz orada müalicə alın!” - Aqil Abbas hərbi hospitalı “topa tutdu”

!Reklam – Yazi

Milli Məclisin iclasında deputat Aqil Abbas qazilərin problemlərindən danışıb.

Yenicag.az xəbər verir ki, həmçinin o, hərbi hospitalın (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) işinin ürəkaçan olmadığını bildirib:

“Bir resept yazırlar və deyirlər ki, get, dərmanı özün al. Hansı pulla alsın?! Bu insanlara əlillik dərəcəsi belə verilməyib. Məsələn, Daxili İşlər Nazirliyinin hospitalında nəinki polislər, onların ata anası da oradan istifadə edə bilirlər. Ancaq bizim hərbi hospital deyir ki, get özün müalicə al”, – deyə, etiraz edib.

A.Abbas Müdafiə Nazirliyinin hospitalının niyə bu işlə ciddi məşğul olmadığını sual edib.

“İnsanlar rayondan gəlir. YAŞAT Fondu sağ olsun hər şey edir. Niyə hərbi hospital bunları etmir? Xahiş edirəm, müdafiə naziri, arada bir özünüz hospitala gedin və orada müalicə olunun!”

COP29

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv