!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə nazirindən BƏDBİN PROQNOZ: “Müharibə uzanacaq, hələ dəhşətli itkilərimiz olacaq”

!Reklam – Yazi

“Müharibədə qalib gəlmək yalnız ərazilərimizi azad etmək yox, düşməni bir daha geri qayıtmamağa məcbur etməkdir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri müharibənin gedişi barədə danışan Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ ukraynalıların bundan sonra döyüşməyə daha nə qədər hazır olmalarıdır:

“Müharibə uzunmüddətli ola bilər. Çünki düşmən güclü və məkrlidir. Ümumiyyətlə, müharibədə qalib gəlmək yalnız ərazilərimizi azad etmək yox, həm də düşməni bir daha geri qayıtmamağa məcbur etməkdir.

Bu isə çox mürəkkəb məsələ və real marafondur. Dünyada bir çoxları hələ də belə hesab edirlər ki, bu, mümkünsüzdür. Hələ dəhşətli itkilərimiz olacaq, rusiyalıların öhdəsindən gəlmək üçün qələbədən ötrü nə lazım olduğunu dərk etməliyik. Müharibə başlayanda qələbə üçün bizə silah lazım idi, indi başlıca məqam insanların nə hiss etmələridir”.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv