Müdafiə nazirinin sabiq müavini vəfat etdi - FOTO

media-hightechnic-468x90

Azərbaycanın müdafiə nazirinin sabiq müavini Mehman Səlimov vəfat edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Mehman Səlimov bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. Mehman Səlimova 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb./APA

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05