“Müdafiə nazirlərinin keçirilən görüşünün, …”

media-hightechnic-468x90

12643“Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün böyük əhəmiyyəti var”.

Bunu açıqlamasına millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, hər şeydən öncə Azərbaycan, Tükiyə və Gürcüstan strateji tərəfdaş ölkələr kimi hələ 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərindən təhlükəsizlik sahəsində əməkdaşlıq edirlər:
”2001-ci il 11 sentyabr terror hadisəsindən sonra bu üç ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı genişlənib. Müdafiə sahəsində əməkdaşlıq üç ölkə arasında əməkdaşlığın mühüm sahələrindən biridir. Bu da onu göstərir ki, hər üç ölkə təhlükəsizliyə olan təhdidlərin qarşısını almaq istiqamətində əməkdaşlığa hazırdırlar. Cənubi Qafqazda təhükəsizliyə olan başlıca təhdid Ermənistanın təcavüzkar siyasətindən gəlir. Fikrimcə, növbəti görüşlərdə bu əməkdaşlığın yeni sahələri inkişaf edərək oturaşacaq və təkcə tərəflərə deyil, regionada və Avropda təhlükəsizliyə xidmət edəcək.”

Bu əməkdaşlıq gələcəkdə yeni bir əməkdaşlıq alyansının yaranmasına çevrilə bilərmi sualına cavab olara millət vəkili bunun mümkünlüyünü qeyde dib:

Bəli. Mən bundan əvvəl elə onu demək istəyirdim. Oturuşmaq deyəndə mən elə olu nəzərdə tuturam. Hər şey gələcəkdə bu ölkələrin necə əməkdaşlıq etməsindən asılı olacaq və fikrimcə artıq üç ölkənin müdafiə sahəsindəki əməkdaşlığı müəyyən bir format almağa doğru gedir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600