Müdafiə Nazirliyi məlumatı təsdiqlədi

media-hightechnic-468x90

img1630061Müdafiə Nazirliyi: “Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır”

Yenicag musavata istinadən bildirir ki, Ağdamın Xındırıstan kəndi ərazisində ordumuzun giziri, 1979-cu il təvəllüdlü Şamo Əhməd oğlu Məmmədov ağır yaralanıb. Redaksiyamıza daxil olan məlumata görə gizir döyüş zamanı bir ayağının itirilməsi ilə nəticələnən ağır xəsarətlər alıb. Digər bir məlumatda girizin minaya düşdüyü bildirlir. Yaralı gizir Sarıcalı hospitalına aparılıb. Yaxınlarının verdiyi məlumata görə durumu ağır olduğundan onu təcili yardım maşını ilə Bakıya göndəriblər. Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə sorğu ilə müraciət etdik. Sorğumuza verilən cavabı təqdim edirik: “Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.

Yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.

Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600