!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müdafiə Nazirliyi mənim adıma olan şirkətə 1,5 milyon manat pul köçürüb" - MN-nin 143 milyonluq cinayət işi

!Reklam – Yazi

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin Satınalmalar və Təhcizat İdarəsinin sabiq rəisi, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda törədildikdə) və 313-cü maddələri ilə təqsirləndirilən şəxs Qurbanov Məlikməmməd Oruc oğlunun məhkəmə prosesi keçirilib.

Yenicag.az-ın məlumatına görə, hazırda Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılmış cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü əsasında vergidən yayınma maddəsi ilə 5 il 6 ay müddətinə (2 milyon manatlıq vergidən yayınıb) azadlıqdan məhrum edilən, bu cinayət işində şahid qismində olan Məmmədov Rəşid Musa oğlu dindirilib və o, ilk olaraq Məlikməmməd Qurbanovu tanımadığını bilidirib. Həmçinin o da, aydınlaşıb ki, R. Məmmədovun adına Zahid adlı şəxs 14 şirkət açıb və bunun qarşılığında ona cüzi məbləğdə pul ödəyib: “Zahid mənə MMC rəhbəri olmağım qarşılığında cəmi 500 manat pul verdi. Sənədlərə maşında qol çəkirdim. Şirkətin adına köçürülən pullardan xəbərim olmayıb. Adını bilmədiyim şəxsə etibarnamə verdim”.

Məlum olub ki, Rəşid Məmmədovun adına olan “Triumf.tt” MMC Müdafiə Nazirliyinin keçirdiyi tenderin qalibi olub və bu şirkətə 1,5 milyon manat pul köçürülüb.
Məhkəmənin növbəti iclası 19 iyul tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təhcizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatdan çoxu ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb./unikal

COP29

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv