Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı artırıldı

media-hightechnic-468x90

Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı 51-dən 286-ə çatdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya sahəsində görülən işlərə dair keçirilən infosessiyada bildirilib.

İnfosessiyada əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin iyul ayından tətbiq olunan yeni meyarların vətəndaş məmnunluğuna yönələn üstünlükləri diqqətə çatdırılıb.

Bu meyarların tətbiqi ilə əlillik təyinatının orqanizminin funksiyalarının itirilməsi faizləri müəyyən edilməklə aparıldığı, əlillik təyinatına əsas verən meyarların sayının 5 dəfə artırıldığı qeyd edilib.

Aparılan işlər nəticəsində 2018-2024-cü illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayının dəfələrlə artdığı vurğulanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600