Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi

Bu ildən artıq müəllimlərin işə qəbulu müsabiqəsində namizədlərin topladıqları ballar iki tədris ili ərzində qüvvədə qalmayacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, əvvəl müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək uğurla keçən namizədlərin topladıqları ballar iki tədris ili ərzində qüvvədə qalırdı. Namizəd həmin bal əsasında növbəti ilin müsabiqəsinə qatıla bilirdi:

“Lakin artıq bu ildən bu məsələ ləğv edilib. Namizədlərin topladıqları ballar bir il ərzində qüvvədə qalacaq. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər də bu il həmin ballardan istifadə edərək müsabiqəyə qatıla bilməyəcəklər”.

www.yenicag.az

289
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100