Müğənnilər “Bayraq” şeirini səsləndirdilər
Yenicag.az-ın “İrəli” İctimai Birliyinə istinadən verdiyi məlumata görə, İncəsənət nümayəndələri Bayraq günü münasibəti ilə təşkil edilən layihəyə qoşulublar.
İrəli İctimai Birliyinin həyata keçirdiyi layihədə bir araya gələn sənət adamları Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndiriblər.
Layihədə xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Rəşad Həşimov, Tünzalə Ağayeva, müğənni Samirə, Mirkamil Kamilov, aktyor Coşqun Rəhimov, Elməddin Cəfərov, aparıcılar Şəhriyar Əbilov, Cavid Gül, Nərgiz Cəlilova iştirak edib.
Qeyd edək ki, prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.